UEFA ötən il rekord gəlir əldə edib
UEFA ötən ilin maliyyə yekunlarını elan edərək kişi klub turnirlərindən rekord gəlir əldə olunduğunu qeyd edib.
Oxu.Az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Bildirilir ki, bütün turnirlərdən əldə edilən ümumi gəlir beş milyard avronu keçib ki, bu da əvvəlki mövsümlə müqayisədə 737 milyon avro çoxdur.
"Kişi klub yarışlarından əldə olunan ümumi gəlir 2023/2024-cü illər mövsümünün göstəriciləri ilə müqayisədə 690 milyon avro artaraq 4.4 milyard avroya yüksəlib. Bu artım təkrar investisiyaların çoxalmasına səbəb olub, belə ki, klublara edilən maliyyə ödənişləri 3.4 milyard avroya çatıb - bu, əvvəlki mövsümdən 400 milyon avro çoxdur", - deyə məlumatda vurğulanıb.

