Audi yeni flaqman krossoveri Q9-u təqdim edib
Audi yeni flaqman tamölçülü krossoveri Q9 və onun idman versiyası SQ9 modelini tam şəkildə təqdim edib.
Modelin istehsalı Slovakiyanın Bratislava şəhərində yerləşən zavodda təşkil olunub.
Audi Q9-un əsas bazarı ABŞ olacaq. Yeni krossover burada BMW X7 və Mercedes-Benz GLS modelləri ilə rəqabət aparacaq.
ABŞ bazarında satışların 2026-cı ilin dördüncü rübündə başlaması planlaşdırılır. Modelin qiymətləri artıq açıqlanıb.


