"Uninet" yenidən təşkil edilir
"Megalink" MMC fəaliyyətinə xitam verərək "Uninet" MMC-yə qoşulduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar "Uninet" yenidən təşkil olunur.
Xatırladaq ki, "Uninet" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 195,822 milyon manatdır.


