VAKANSİYA - Korporativ hüquqşünas

VAKANSİYA

Tam Store vakansiya elan edir.


Əsas vəzifə öhdəlikləri:

Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;

Müəssisənin fəaliyyəti ilə bağlı icarə, alqı-satqı və digər müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını və digər prosesləri təmin etmək; 

Müəssisənin departament, şöbə və bölmələrindən daxil olan hüquqi sorğuları cavablandırmaq, zəruri hallarda struktur bölmələrə hüquqi dəstək göstərmək.

Tələb olunan bilik və bacarıqlar:

Müqavilələrlə iş təcrübəsi (alqı-satqı, xidmət, icarə və s.);

Microsoft Office proqramlarında, xüsusilə Microsoft Word proqramında yüksək səviyyədə işləmək bacarığı;

Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik;

Operativlik və detallara diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Hüquq ixtisası üzrə ali təhsil;

Korporativ hüquq sahəsində minimum 2 (iki) il iş təcrübəsi;

Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

İngilis və rus dili bilikləri üstünlükdür.

İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);

İş saatları: 09:00-18:00;

İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;

Peşəkar komanda mühiti;

Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Korporativ hüquqşünas” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.