"Veysəloğlu" cərimələnə bilər

"Veysəloğlu" cərimələnə bilər

"Veysəloğlu" MMC-yə cərimə protokolu yazılıb.

Şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, şirkət min beş yüz manat məbləğində cərimə ediləcək.

E-huquq