Xanım məmur yüksək vəzifəyə təyin edildi

Xanım məmur yüksək vəzifəyə təyin edildi

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.

Bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.

O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.

Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində həmin vəzifə ləğv edilib. (Qafqazinfo)