Xiaomi SkyNomad N90 təqdim olunub
Xiaomi üç sıra oturacaqla təchiz edilmiş yeni flaqman krossoveri SkyNomad N90 modelini rəsmi olaraq təqdim edib.
Model böyük yürüş ehtiyatına malik plug-in hibrid güc qurğusu ilə təchiz olunub və ailə seqmentinə yönəlib.
Hazırda Çində avtomobil üçün yalnız ilkin sifarişlər qəbul edilir. SkyNomad N90-un rəsmi satışına bu ilin sentyabr ayında başlanacağı gözlənilir.
Təqdimat zamanı şirkət, həmçinin flaqman modeldən daha kompakt olan SkyNomad N70 krossoverini də nümayiş etdirib. Bu model ayrıca təqdim olunub.


