Mercedes-Maybach GLS 600 4Matic “Edition 100” - Dəbdəbənin zirvəsi

Mercedes-Maybach GLS 600 4Matic “Edition 100” - Dəbdəbənin zirvəsi

Mercedes-Benz Group AG-nin Azərbaycanda Mercedes - Benz avtomobilləri üzrə rəsmi nümayəndəsi olan “Avtokapital Azərbaycan” şirkəti Maybach brendinin yubileyi şərəfinə 2022-ci ilin ən möhtəşəm avtomobillərindən biri olan və buraxılışı 100 ədədlə məhdudlaşan Mercedes-Maybach GLS 600 4Matic “Edition 100” yolsuzluq avtomobilini təqdim edir.

Lüks avtomobil paytaxt sakinlərinə qədim və müasir memarlıq incisi olan Bakının sərhədsiz dəbdəbəsinin 100 il əvvəl təsdiqlənmiş ekvivalenti kimi təqdim olunub.

Xüsusi Edition 100 seriyalı avtomobillərin kuzovu iki rənglidir: alt hissəsi gümüşü "Cirrus Silver", üst hissəsi isə tünd mavi "Nautical Blue" rəngi ilə boyanıb. Arxa dayaqlar və boz təkər diskləri – üzərilərində “Edition 100” yazısı olan xüsusi lövhəciklər ilə bəzədilib. "Yubiley" Mercedes-Maybach GLS 600 4MATIC "Edition 100" avtomobillərinin interyerlərinin bəzəyi üçün parlaq tünd ağac elementləri ilə birgə ağ və gümüşü rəngli dəridən istifadə olunub. Maybach GLS 600 avtomobili iki turbokompressorlu 4-litrlik V8 mühərriki ilə təchiz edilib (557 at gücü və 730 Nm).

Avtomobil haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus

Теl.: +994 12 496 50 50 / +99412 976

Abşeron Avtomobil Mərkəzi

Теl.: + 994 12 347 78 00