Alüminium istehsalında kəskin artım müşahidə edilib
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib.
BusinessTime Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur.
Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 3 min 729 ton hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 50 min 893 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 23 % azdır.


