“Shaurma N1”də yanğın oldu

“Shaurma N1”də yanğın oldu

Badamdar qəsəbəsi ərazisində yerləşən “Shaurma N1” restoranında yanğın olub

FHN yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən “Shaurma N1” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Shaurma N1” restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verməsi məlum olub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.