Zərifə Əliyeva yaşadığı həyat yolu ilə əsl sədaqət simvoluna çevrilib - RƏY

Zərifə Əliyeva yaşadığı həyat yolu ilə əsl sədaqət simvoluna çevrilib

Azərbaycan tarixinə xalqımızın Ümummili lideri, görkəmli siyasətçi, Azərbaycanın xilaskarı kimi daxil olmuş Heydər Əliyev, həm də nümunəvi ailə başçısı idi. Hər bir dahi şəxsiyyətin fəaliyyətində qazandığı uğurların təməlində onun ailəsinin böyük rolu vardır. Bu mənada Ümummilli liderin ailəsində olan yüksək mənəvi dəyər və xüsusiyyətlər Onun uğurlarının bünövrəsini təşkil edən əsas amillərdəndir. Zərifə xanım Əliyevanın dahi şəxsiyyət Heydər Əliyevin ideyalarının reallaşmasında verdiyi mənəvi dəstək onun timsalında əsl Azərbaycan qadını obrazını gözlər önünə sərir.

Zərifə xanım sadəliyi, nəcibliyi ilə indi də onu tanıyanların yaddaşında xoş xatirələrlə yad edilir. Görkəmli akademik Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanıma bu ziyalılıq heç şübhəsiz aldığı tərbiyədən irəli gəlirdi. Zərifə xanım Əliyeva, həm də şəfalı həkim kimi insanlara ziya, nur vermək kimi ağır bir vəzifəni daşıdı bir ömrü boyu. O, savadı, xarakteri, insanlara qarşı insani münasibətilə sözün əsl mənasında nümunəvi bir Azərbaycan xanımı idi. Zərifə xanım eyni zamanda yaşadığı həyat yolu ilə əsl sədaqət simvoluna çevrilib. SSRİ-nin mürəkkəb bir dövründə böyük siyasi vəzifə daşıyan, Ulu Öndər üçün əsl mənəvi güc, qüvvət mənbəyi idi Zərifə xanım. Məhz bu iki dahi şəxsiyyət çoxəsrlik tariximizin ən mürəkkəb problemini öz zəkası, qətiyyəti ilə həll edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi böyüdüb  xalqımıza bəxş ediblər. Əminliklə deyə bilərik ki, tariximizin ən şanlı səhifələrinin yazıldığı son dörd il Azərbaycanın qızıl dövrü kimi xatırlanacaqdır. Qələbənin simvolu sayılan qədim Şuşanın düşməndən azad edildiyi gün Ölkə başçısı bu ifadəni işləti; “Xoşbəxt adamam ki , ata vəsiyyətini yerinə yetirdim”. Bəli, kifayət qədər dərin məna kəsb edən bu sözlər cənab İlham Əliyevin valideynlərinə verdiyi dəyərin bariz nümayişidir.

Bibixanım Quliyeva; 
Neftçala rayonu, müəllim