235 avtobusun kasko sığortası “BakuBus”a 1,7 milyon manata başa gəlib
“BakuBus”un Gəncə şəhərində avtobuslarının kasko sığortasını “Paşa Sığorta” edəcək.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müüqavilə bağlanılıb.
Müqaviləyə əsasən, 235 avtobusun kasko sığortası 1 milyon 716 min 710 manata başa gəlib.
Başqa sözlə, bir avtobusun kasko sığortası 7 305 manat müəyyənləşib.

