51,3 milyon dollarlıq şəkər ixrac edilib
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 51,3 milyon ABŞ dolları dəyərində 71,7 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 49,6 faiz və ya 17 milyon dollar, həcmi isə 58,5 faiz və ya 26,4 min ton artıb.
Cari ilin ilk 10 ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,72 faizə bərabər olub.

