“Bespoke” Heykayələri: “SILENT MOTION” Galereya

Şəxsi azadlıq və rahatlıq anlayışından azad olmaq arzusunu təcəssüm etdirən “Spirit of Ecstasy”: əlamətdar, dərhal tanınan və mükəmməllik simvoludur.

1909-cu ildə yaradılan Rolls-Royce-un simvolu, Phantom Seriya II üçün məhdud sayda buraxılan gözəl Qalereya dizaynı kimi yenidən təsvir edilib. “Silent Motion” Qalereyası avtomobil yüksək sürətlə idarə olunarkən “Spirit of Ecstasy” heykəlciyini sanki küləkdə süzən bir siluet obrazı formasında təsvir edir. 3D dizayn, alətlər panelində axma (süzülmə) effekti yaradır, bu effekt hətta Rolls-Royce Motor Cars-ın tələbkar standartlarına görə də üstün olan yaradıcı proses vasitəsilə əldə edilir.

“Silent Motion” Qalereyasının detallarını yaratmaq üçün, şirkət, Londonun Şərqi vilayətində yerləşən "Based Upon" adlı rəssamlar kollektivi ilə əməkdaşlıq edib. Onlar Cənab Hon Çarlz Rolls və Ser Henri Roys-un zamanında Direktor vəzifəsində çalışan Klod Consonun təsvir etdiyi kimi Rolls-Royce-un ruhunu canlandırmaq üçün ən müasir texnologiya ilə yanaşı ənənəvi sənətkarlıq texnikalarından istifadə etdilər: "Səssiz sürət, vibrasiyanın olmaması, enerjinin sirli istifadəsi və üstün  lütfün gözəl canlı orqanizmi."

Spirit of Ecstasy şalının gözəl dalğalanma effektini yaratmaq üçün bir ipək parçası sudan keçirilir, sonra çəkilir və asılır. Maye forması kameraya çəkilir, sonra gildə yenidən işlənir və bir alüminium parçasından cilalanır.

Cilalanmış hissələr təmizlənir, hazır vəziyyətə gətirilir. Qalereya dəbdəbəli Piano Qara şponu ilə dizayn edilir və bununla daha da heyrətamiz təəssürat yaradılır. “Based Upon”-un həmtəsisçisi Leks Velç, “Silent Motion” Gallereyasını belə şərh edir: o, “Spirit of Ecstasy”-nin onun ardınca getdiyi kimi, zamanı hərəkətsiz qoyan o anı əbədiləşdirir”.

BusinessTime