Honda NSX bazasında JAS Tensei restomodunun salonu nümayiş olunub
İtaliyanın JAS Motorsport yarış komandası və Pininfarina dizayn studiyası birinci nəsil Honda NSX bazasında hazırlanan JAS Tensei restomodunun hazırlanmasını başa çatdırmağa yaxındır. Modelin premyerası oktyabr ayında Paris avtosalonu çərçivəsində keçiriləcək.
Eksklüziv avtomobillər bazarında yüksək keyfiyyətli restomod layihələri çox olsa da, yapon avtomobilləri əsasında hazırlanan modellərə nisbətən az rast gəlinir. JAS Tensei də bu layihələrdən biridir.
Modelin əsasında 1989-2005-ci illərdə istehsal olunan birinci nəsil Honda NSX dayanır. Şimali Amerika bazarında isə Honda NSX Acura NSX adı ilə satılıb.


