Wey V8X təqdim olunub – V9X-in daha kompakt versiyası

Wey V8X təqdim olunub –

Great Wall konserninə məxsus premium Wey markası yeni V8X krossoverini təqdim edib.

Yeni model mahiyyət etibarilə Wey V9X-in qısaldılmış və beşyerlik versiyasıdır.

Wey V8X ilk mərhələdə tamötürücülü şarj olunan hibrid versiyada təqdim edilib. Şirkət gələcəkdə modelin tam elektrik versiyasını da satışa çıxarmağı planlaşdırır.

Çində avtomobil üçün artıq ilkin sifarişlərin qəbuluna başlanılıb. Modelin qiymətləri isə hələ açıqlanmayıb.