“Silk Way West Airlines” yeni platformaya qoşulur
Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan “Silk Way West Airlines” hava yükdaşımaları sənayesi üçün rəqəmsal xidmətlər üzrə aparıcı şirkətlərdən biri olan “cargo.one” ilə tərəfdaşlığı haqqında bəyan edir.
Bu tərəfdaşlıq ekspeditorlar üçün sürətli və rahat bronlaşdırma imkanı yaradaraq, hava yüklərinin sifarişi prosesini sadələşdirəcək və daha səmərəli edəcək. “Silk Way West Airlines” şirkətinin yük daşımalarının “cargo.one” vasitəsilə rezervasiyası 2023-cü ilin payızından etibarən mümkün olacaq.
“Silk Way West Airlines” qlobal bazarlarda ekspeditorların üstünlük verdiyi “cargo.one” ilə birləşərək, öz rəqəmsal mövcudluğunu artıracaq və hava yüklərinin bronlaşdırılması üçün sənayenin aparıcı standartlarına riayət edəcək. Həmçinin aviaşirkət rəqəmsal satışın tətbiqini sürətləndirmək üçün “cargo.one” komandasının təcrübəsindən və praktiki dəstəyindən faydalanacaq.
“Silk Way West Airlines” şirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer deyir: “Müştərilərimizə mümkün ola biləcək ən yüksək xidməti göstərmək və öhdəliklərimizi bölüşmək üçün cargo.one ilə əməkdaşlıq etməkdən məmnunuq”. “Bu əməkdaşlıq bizə qüsursuz xidmət göstərmək ilə yanaşı, eyni zamanda, öz əməliyyatlarımızı asanlaşdırmaq imkanı yaradacaq. “cargo.one” Silk Way West Airlines” komandaları çox sıx əməkdaşlıq edir və biz onların sübut edilmiş təcrübəsinə güvənərək, təkliflərimizi təkmilləşdirmək və rəqəmsal hava yükdaşımaları satışlarında payımızı artırmaq niyyətindəyik”.
“cargo.one” şirkətinin təsisçisi və baş icraçı direktoru Morits Klaussen əlavə edir: “Silk Way West Airlines” şirkətinin “cargo.one” platformasına qoşulması rəqəmsal rezervasiyadan istifadə edən minlərlə agent üçün mühüm xəbərdir. “Silk Way West Airlines” daim dəyişən bazarı dərindən dərk etdiyinə görə indi “cargo.one” platformasını rəqəmsal satışların artması üçün öz sinfində ən yaxşı rəqəmsal tərəfdaş kimi seçir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 2022-ci il noyabrın 10-da müqaviləyə imza atıb. Həmçinin 2022-ci il iyunun 28-də “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. “Silk Way West Airlines” şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.
2017-ci ildə əsası qoyulan “cargo.one” (Cargo One GmbH) hava yükdaşınmalarının bronlaşdırılması və marketinqi üçün bir platformadır. “Cargo.one” onlarla ölkədə 5000-ə yaxın ekspeditor ofisləri tərəfindən istifadə olunur və 40-dan çox aviaşirkət üçün ani bron edilə bilən tariflər təklif olunan ilk bron platformasıdır.
Akkreditə olunmuş yük agentləri sifarişin dərhal təsdiqi ilə real vaxt rejimində axtarış, müqayisə və bron etmək imkanına malikdirlər. “cargo.one pro” vasitəsilə idxalçılar 24/7 rejimində digər etibarlı ekspeditor partnyorları ilə qiymətləri dərhal müqayisə edə və sifariş edə bilərlər.
Şirkət “World Air Cargo Awards” 2021 və 2022 tədbirlərində "Information Technology for the air cargo industry", 2023-cü ildə "International IT Systems Provider of the Year", “ UK Logistics Awards 2022” tədbirində "Air Business of the Year" və 2020-ci ildə “Air Cargo News” mükafatlarına layiq görülüb. “cargo.one” Beynəlxalq Hava Yükləri Assosiasiyası TIACA-nın üzvüdür.