“Naxçıvan” yarımstansiyasının tikintisinə 113,6 milyon manat xərclənəcək
“Naxçıvan” yarımstansiyasının tikilməsi işlərinə başlanılır.
Bu barədə İqtisadiyyat.az-a “Azərenerji” ASC-dən məlumat əldə edib.
Belə ki, 330/110/10 kV-luq “Naxçıvan” yarımstansiyasının tikintisi işlərinin aparılması nəzərdə tutulub.
Məlumata əsasən, qurum tikinti işlərini “Azconstruction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən yarımstansiyanın tikintisinə 113,6 milyon manat sərf olunacaq.


