AFFA “Qarabağ”ı cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.
Toplantıda "Şamaxı" və "Qarabağ" klubları cərimələnib. Belə ki, Azərbaycan Premyer Liqasında III turunun “Şamaxı” - “Qarabağ” matçı bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Şamaxı”ya 800 manat cərimə kəsilib.
“Qarabağ” isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün 1500 manat məbləğində cərimələnib.