İdman Akademiyasında anım tədbiri keçirilib

İdman Akademiyasında anım tədbiri keçirilib

20 Yanvar - Ümumxalq Hüzn Gününün 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
 
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Giriş sözüylə çıxış edən Akademiyanın Sosial məsələlər, Tələbə-gənclərlə iş və İctimaiyyətlə əlaqələr üzrə prorektoru Almaz Ələkbərova  20 Yanvar və ondan əvvəl baş vermiş faciəli hadisələrin  xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib. 
 
Akademik heyətin 20 Yanvar - Ümumxalq Hüzn Günü və 44 günlük tarixi qələbə haqqında  silsilə çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.