Kartof ixracında gəlir 38% artıb

Kartof ixracında gəlir 38% artıb

Bu ilin ilk 11 ayında Azərbaycandan 28 milyon 256,77 min dollar həcmində 71,1 min ton kartof ixrac edilib.

Valyuta.az  xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon 778,34 min dollar və ya 37,98%, miqdar ifadəsilə isə 22,8 min ton, başqa sözlə 47,27% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 20 milyon 478,43 min dollar dəyərində 48,2 min ton kartof ixrac olunmuşdu.

Bu ilin ilk 11 ayında Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti isə təxminən 68 qəpik olub.