“AURA” Kağız Dəsmal Festivalı ilə bölgələrdə

“AURA” Kağız Dəsmal Festivalı ilə bölgələrdə

Gerçəkləşdirdiyi müxtəlif sosial yönümlü və gigiyenanın təbliği ilə bağlı layihələrlə daim diqqət mərkəzində olan “AURA” markası bu mövsüm, 5 iyun – 8 iyul tarixləri aralığında  “Mənim Süfrəm” verlişinin əməkdaşlığı ilə Azərbaycanın 5 bölgəsində (Quba, Lənkəran, Gəncə, Şəki, Sumqayıt) festivallar təşkil etdi.

“AURA Kağız Dəsmal Festival”ı çərçivəsində qeyd olunan şəhərlərin mərkəzi parklarında “Mənim Süfrəm” verlişinin aparıcıları Fərid Rəsul və Elmira Qədirova izləyiciləri ilə canlı olaraq görüşdü, hər anı rəngarəng keçən bu festivallarda xoş dəqiqələr yaşandı. Yüzlərlə insanı səhnə önündə, minlərlə insanı ekran qarşısında bir araya toplayan bu tədbirlərdə kağız dəsmalın gündəlik yaşamımızda, məişətdə necə praktik olduğu nümayiş olundu. Səhnəmizdə qurulan səyyar mətbəxdə növbənöv təamlar bişirildi, bu dadlı yeməklərdən dadan izləyicilər eyni anda kağız dəsmalın istifadə sahələrini canlı-canlı izlədilər. İnsanlarımızın fərqində olmayıb amma gördükləri zaman çox maraqla qarşıldıqları müxtəlif istifadə sahələrinin gələcəkdə onların daimi vərdişlərinə çevriləcəyi labüddür. Müxtəlif yarışmalar, bol-bol hədiyyələr, unudulmaz anlar ilə yadda qalan bu festivallarda insanlarımız həm əyləndi, həm öyrəndi, həm də tətbiq etdi!

Festival öncəsi hazırlıq periodunda bölgələrin ən böyük marketlərində demo stendlər quruldu. Promoter xanımlarımız əhalinin ən sıx alış-veriş etdiyi dövrdə stendlərin ətrafına toplaşan insanları ilkin olaraq kağız dəsmalın istifadə sahələri ilə bağlı məlumatlandırdılar və bununla yanaşı heç bir izləyicini əliboş yola salmayıb, festivalda ödənişsiz iştirak kuponları payladılar.  Bu kuponlar vasitəsilə insanlar nəinki iştirak, həmçinin hədiyyə qazanmaq şansı əldə etdilər.

Ümumilikdə bu festivalların insanlarda düzgün gigiyena vərdişlərinin formalaşmasında vacibliyi danılmazdır. Bölgələr üzrə kağız dəsmal haqqında fərqindəlik yaratmaq həmdə bunu əyləncəli yollarla etmək çox sevindirici haldır. Və sonda kağız dəsmalın bir neçə istifadə sahələrini sizinlə bölüşmək istərdik:

•Kağız Dəsmal Pəncərə, güzgü, mebel, soba və s. səthlərdən çirki təmizləmək üçün mükəmməl seçimdir. Ənənəvi sarı bezlərdən fərqli olaraq, kağız dəsmal istifadə etdikdə bakteriya, pis qoxu və natəmizlik evinizdən uzaq olacaq.

•Qızartmalı yeməklərin artıq yağının hopdurulması sağlamlığınız üçün faydalıdır.

•Toyuq, ət və balığın qızardılması zamanı xırtıldayan qabığa bürünməsi üçün yemək hazırlamağa başlamazdan əvvəl əti kağız dəsmal ilə qurudub artıq nəmi yox edə bilərsiniz.

•Aş dəmləmə zamanı parça bez və ya xüsusi parça qapaqların əvəzinə kağız dəsmal daha gigiyenikdir və ən əsası praktikdir. (bezdəki mikrob və bakteriyalar dəmləmə prosesində isti buxarın təsirindən yeməyə qarışır).

•Mürəbbə bişirərkən üzərindəki kəfi kağız dəsmal ilə tam hopdurub rahatlıqla yığa bilərsiniz.

•Meyvə, tərəvəz və göyərtinin yuduqdan sonra qurudulmasında kağız dəsmaldan istifadə çox praktikdir. Həmçinin uzun müddət təzə qalması üçün onları kağız dəsmala büküb soyuducuda saxlaya bilərsiniz.

•Kağız Dəsmal həmçinin həssas üz dərisinə sahib olan insanlar üçün ən yaxşı seçimdir. Xüsusi ilə sızanaqları olan insanlar yuyulduqdan sonra dərini kağız dəsmal ilə yumşaq bir şəkildə qurulaya bilərlər. Bununla da ənənəvi və çox istifadəlik parça dəsmallarda nəm səbəbi ilə yaranan bakteriyalardan qurtula bilərlər.

•Kağız Dəsmalın əsas xüssusiyyətlərindən biri yaş olduqda belə dayanıqlığını itirmir və su ilə təmasdan parçalanmır. Bu, onları islanmağa tab gətirə bilməyən salfetlərdən fərqləndirir. Beləliklə kağız dəsmallarla əl-üzünüzü sildikdən sonra dərinizdə yaş kağız parçaları qalmır.

•Həmçinin, isti yay günlərində qablaşdırılmış içkiləri daha tez soyutmaq üçün kağız dəsmala büküb, isladıb soyuducuya qoyun və 15 dəqiqəyə istədiyiniz nəticəni əldə edin.

Növbəti festivallarda görüşmək ümidi ilə...