Azərbaycan regionda sülhün və əməkdaşlığın təmin olunması üçün praktik addımlar atır

Azərbaycan regionda sülhün və əməkdaşlığın təmin olunması üçün praktik addımlar atır

Bu gün Azərbaycan beynəlxalq hüququn normalarına sadiq qalmaqla yanaşı, regionda sülhün və əməkdaşlığın təmin olunması üçün praktik addımlar atır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə bir çox məqamlarla yanaşı beynəlxalq hüquq sistemindəki mövcud problemləri də təhlil edib. Müasir dünyada təəssüf ki, beynəlxalq hüququn norma və prinsiplərinin faktiki olaraq işləmədiyini, bunun da öz növbəsində sülh və sabitliyin təmin edilməsini çətinləşdirdiyini ifadə edən Ölkə başçısı dünyaya açıq mesajlar verdi. Bu müsahibə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini  bir daha açıq şəkildə ortaya qoydu. Bəli, görünən odur ki, beynəlxalq hüququn bu gün zəif işləməsi, qətiyyət nümayiş etdirməməsi dünyada qarşıdurmaların davam etməsinə və sülh proseslərinin ləngiməsinə səbəb olur. Bu mənada Ölkəmizin uzun illər beynəlxalq hüquqa etibar etməsini, lakin bunun heç bir faydasını görmədiyini deyə bilərik. Hərçənd ki, Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq fəaliyyət göstərib, lakin digər tərəflərin bu prinsiplərdən çıxış etmədiklərini deyə bilərik. Dövlət başçısı bu vəziyyəti xüsusilə Ermənistan-Azərbaycan münasibətlərində, eləcə də digər regional məsələlərdə müşahidə olunan ədalətsiz yanaşmalarla əlaqələndirib.

Bu gün Azərbaycan beynəlxalq hüququn normalarına sadiq qalmaqla yanaşı, regionda sülhün və əməkdaşlığın təmin olunması üçün praktik addımlar atır. Müharibədən mütləq Qalib ayrılmasına rəğmən Ermənistanla kommunikasiya xətlərinin açılması, iqtisadi və humanitar layihələrin həyata keçirilməsi bu siyasətin real nümunələridir. Görünən odur ki, Azərbaycan, hüququn prinsipial tətbiqinə alternativ olaraq, regionda dayanıqlı və konstruktiv yanaşmanı seçib. Bu gün beynəlxalq hüququn zəif işləməsi fonunda Azərbaycanın mövqeyi, həm də strateji əhəmiyyət kəsb edir. Mphtərəm Prezident müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan heç bir dövlətin ərazi bütövlüyünə qarşı çıxmır, regional əməkdaşlığı təşviq edir və qonşu ölkələrlə qarşılıqlı faydaya əsaslanan münasibətləri prioritet olaraq aparır. Əminliklə deyə bilərik ki, hazırda dünyada olan qeyri-müəyyənlik fonunda, beynəlxalq hüququn qətiyyətsizlik nümayiş etdirməsi fonunda Azərbaycanın regional liderlik missiyasını layiqincə yerinə yetirir, ölkəmiz qalib dövlət kimi öz hüquqlarını və suverenliyini qorumaqda prinsipial mövqedən çıxış edir. Bu yanaşma həm hərbi, həm diplomatik, həm də iqtisadi sahələrdə Azərbaycanın dayanıqlı mövqeyinin təminatıdır. Hər bir halda Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə bu gün milli maraqlarını qorumaqla inkişaf edir, sülhə, beynəlxalq hüquqa sadiqliyini praktik işlərlə nümayiş etdirir.

Səadət Nəcəfova;
Neftçala rayonu