Azərbaycan və Türkiyə arasında biznes əlaqələri genişlənir

Azərbaycan və Türkiyə arasında biznes əlaqələri genişlənir

Azərbaycan tərəfdən 250 Sahibkarın Türkiyə tərəfdən 37 sahibkarın iştirak etdiyi B2B görüşlərdə Azərbaycan və Türkiyə arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.
 
Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə və Azərbaycan iş adamlarının iştirakı ilə biznes görüş keçirilib.
 
Founder Club  və TİM (Türkiyə İxracatçılar Məclisi)-nin təşkılatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan tədbirdə TİM -in vitse-prezidenti Ahmet Fikret Kileci, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı iki ölkə arasında iqtisadi əlaqələr, işgüzar dairələr arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.
 
Hər iki ölkədən İnşaat,inşaat materialları, xidmət, qida, avtomobil sənayesi, ikt, kimya, qara və əlvan metallurgiya və s. sektorlarda fəaliy yət göstərən 250 dən çox  iş adamının iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlıq və investisiya qoyuluşu imkanları, KOB-lar arasında əlaqələrin qurulması müzakirə edilib.
 
Tədbir çərçivəsində həmçinin ölkəmizin əlverişli investisiya mühiti, sərmayə qoyuluşu və ixrac potensialı barədə məlumat verilib, iş adamaları arasında B2B və sahəvi görüşlər keçirilib.

İlkin olaraq görüşlər nəticəsində  Battalar Demir Sanayi ve Ticaret Limited şirkəti ilə  30000 $ məbləğində müqavilə imzalandı.