Azərbaycanda süd və qaymaq idxalı 62% artdı

Azərbaycanda süd və qaymaq idxalı 62% artdı

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 21.2 milyon dollar dəyərində süd və qaymaq idxal edib.

BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 62,1% çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.26%-ni təşkil edib.