Sahibkarlar LOQOS Qadın Uzunömürlülük Rezidensiyasını ziyarət etdilər!
Fayda İş Adamları Platformasının üzvləri Təranə Paşayeva xanımın rəhbərliyi ilə fəaliyyət göstərən LOQOS Qadın Uzunömürlülük Rezidensiyasında oldular.
Qadınların sağlam, təhlükəsiz və ləyaqətli həyatına, tibbi nəzarətə, fərdi qayğıya və sosial aktivliyə yönəlmiş bu layihə cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə yaşlı qadınların həyat keyfiyyətinin yüksəldilməsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində yaradılan bu model böyük sosial məsuliyyət və həssas yanaşmanın nümunəsidir.
Bu dəyərli təşəbbüsün müəllifi və rəhbəri Təranə Paşayeva xanıma gördüyü mühüm işlərə, bizi yüksək səviyyədə qəbul etdiyinə və səmimi qonaqpərvərliyinə görə xüsusi təşəkkürümüzü bildiririk.
LOQOS komandasına fəaliyyətlərində uğurlar arzulayırıq!



