Azərbaycanın bu rayonlarına yeni rəislər təyin olundu - ADLAR
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin üç regional mühafizə idarəsinə yeni rəislər təyin edilib.
BusinessTime.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Tovuz Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəisi təyin edilib.
Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.

