Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının ümumi həcmi 360,2 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon ABŞ dolları və ya 1,9% artıb.
Hesabat dövründə Azərbaycandan İrana 20,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 milyon ABŞ dolları və ya təqribən 2,9 dəfə çoxdur.
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan İrandan 340 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon ABŞ dolları və ya 1,9% azalma deməkdir.
Beləliklə, İran hesabat dövründə Azərbaycanın ən çox idxal əməliyyatı həyata keçirdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.


