Beynəlxalq konfrans keçiriləcək

Beynəlxalq konfrans keçiriləcək

“Mediasiya: trendlər, risklər, imkanlar” mövzusuna həsr olunmuş onlayn beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ukraynadan olan ekspert qrupların iştirakı ilə 2 iyun 2022-ci il tarixində onlayn Beynəlxalq Konfrans keçiriləcək.

Konfransda Azərbaycan üzrə ekspertlər Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Mayıl Əhməd, Mediasiya Şurasının İxtisas Komissiyasının üzvü, beynəlxalq mediator-təlimçi Alidə Mahmudova, mediator Səbirə Şıxəliyeva, Beynəlxalq mediasiya praktikasının öyrənilməsi üzrə İşçi qrupunun rəhbəri Gülnarə Həsənova, moderatorlar Vlasova Liliya (Belarus), Prilepova Anastasiya (Belarus), Kojoyarova Gulsina (Qırğızıstan), Stepanova Elena (Belarus), Qamzunova Yekaterina (Belarus), Jakupov Jandilda (Qazaxıstan) iştirak edəcək.

Konfrans çərçivəsində postsovet məkanında tanınmış peşəkar mediatorların moderatorluğu ilə 6 tematik panel təşkil olunacaq və aşağıdakı mövzuları əhatə edəcək:

1. Mediasiya müqavilələrinin (barışıq sazişlərinin) icrası. Məcburi və ya könüllü, hansı daha effektiv işləyir?
2. Mediasiya haqqında Sinqapur Konvensiyasının milli qanunvericiliyə inteqrasiyası. Avrasiya regionunda beynəlxalq kommersiya mübahisələri üzrə barışıq sazişlərinin icrası üçün universal hüquqi mexanizm yaradılacaqmı?
3. Avrasiya regionunda ailə mübahisələri üzrə mediasiya.
4. Mediasiya fəaliyyətinin qeyri-kommersiya hüquqi forması və qeyri-sahibkarlıq xarakteri - bu, mediasiyanın inkişafına təkandır, yoxsa maneə?
5. Mediasiyanı populyar (tələb olunan) xidmətə necə çevirmək olar?
6. Bərpaedici mediasiya: xüsusiyyətləri və inkişaf perspektivləri.

Konfrans çərçivəsində tanınmış və mediator Qalina Eremenko (Ukrayna) “Müharibənin çətinlikləri: Problemləri fürsətlərə (imkanlara) necə çevirmək olar. Mediator dərsləri” mühazirə ilə çıxış edəcək.

Konfransın məqsədi mediasiyanın inkişafında aktual məsələlərə cavab və həll yollarının birgə müzakirə olunmasıdır.
Konfransın sonunda hər panel üzrə səslənən fikirləri əks etdirən Bəyannamə dərc olunacaq.

Konfransla bağlı bütün məlumatları və həmçinin qeydiyyatdan keçmək imkanını aşağıdakı sayta birbaşa keçidlə əldə oluna bilər:

https://mediation-eurasia.pro/mejdunarodnaya-konferenciya...

BusinessTime