“Şərq bazarı”nda qızıl almaq daha da asan oldu!

“Şərq bazarı”nda qızıl almaq daha da asan oldu!

Bakının möhtəşəm memarlıq abidəsi sayılan “Şərq bazarı” ticarət kompleksində fəaliyyət göstərən “Qızıl bazarı”da ilk dəfə olaraq qızıl, zinət əşyaları alan müştərilərə kredit imkanları yaradılıb.

Artıq müştərilər istədiyi qızıl, zinət əşyalarını kompleksdə fəaliyyət göstərən bank vasitəsi ilə kredit imkanlarından faydalana biləcəklər.

Bununla yanaşı kompleksdə xüsusi guşədə müstəqil ekspertlər tərəfindən zinət əşyalarının əyarının dəqiq müəyyən edilməsi həyata keçirilir.

Qeyd edək ki, “Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdir. Yenidən qurulan “Şərq Bazarı” kompleksi şəhərimizin gözəlliyinə gözəllik qatıb.