“Bolt”da daha bir sürücü özbaşınalığı - ŞİKAYƏT

“Bolt”da daha bir sürücü özbaşınalığı

Azərbaycanda fəaliyyət göstərən taksi xidmətlərində sərnişinlərin sürücülər tərəfindən əsassız tələblər və kobudluqla üzləşməsi halları səngimək bilmir. Analoji hadisələrdən biri bu yaxınlarda məşhur "Bolt" taksi şirkətinin fəaliyyətində qeydə alınıb.

BusinessTime xəbər verir ki, Modern.az-a müraciət edən vətəndaş "Bolt" şirkətinin sürücüsü tərəfindən ciddi kobudluğa və haqsızlığa məruz qaldığını bildirib.

Şikayətçinin sözlərinə görə, sifariş zamanı tətbiqdə gediş haqqı 7.90 manat göstərilsə də, Samir adlı sürücü ondan israrla 15 manat tələb edib. Sürücü bu məbləği ödəməyəcəyi təqdirdə ünvana gəlməyəcəyini qətiyyətlə bəyan edib. Vətəndaş tələb olunan məbləğin tətbiqdəki qiymətdən iki qat artıq olduğunu bildirdikdə isə sürücü bəhanə gətirərək öz telefonunda gediş haqqının 11 manat göründüyünü iddia edib və yalnız 15 manat veriləcəyi təqdirdə sifarişi icra edəcəyini əlavə edib.

Məsələ ilə bağlı "Bolt" şirkətinin PR meneceri Nigar Kazımova bu növ halların tamamilə qanunsuz olduğunu bildirib:

"Tətbiqdə hansı qiymət qeyd olunubsa, sərnişin tərəfindən yalnız o məbləğ də ödənilməlidir. Sürücülərin sərnişinlərdən hər hansı bir bəhanə ilə əlavə ödəniş tələb etməyə heç bir haqları yoxdur. Belə hallar və sürücülərin bu cür özbaşınalıqları şirkətimiz tərəfindən qəbulolunmazdır".

Şirkət rəsmisi vurğulayıb ki, qeyd olunan şikayətlə bağlı dərhal daxili araşdırmalara start veriləcək. Nigar Kazımova oxşar problemlərlə qarşılaşan bütün vətəndaşları diqqətli olmağa və dərhal rəsmi şəkildə müraciət etməyə çağırıb:

"Vətəndaşlardan xahiş edirik ki, bu qəbildən olan xoşagəlməz hallarla üzləşdikdə mütləq proqram daxilindən dəstək xidmətinə şikayət etsinlər. Araşdırmanın daha sürətli və effektiv aparılması üçün müraciətə sürücü ilə yazışmanın və ya tətbiqdəki qiymətin ekran görüntülərini əlavə etməyi tövsiyə edirik