Bu mediasiya təşilatında monitorinq aparılıb

Bu mediasiya təşilatında monitorinq aparılıb

Mediasiya Şurasının təqvim planına əsasən Sabirabad 1 saylı mediasiya təşilatında monitorinq aparılıb

Mediasiya Şurası Qanunvericilikdən, normativ - hüquqi aktlar və eyni zamanda Şuranın Nizamnaməsindən və Şuranın İdarə Heyəti tərəfindən təsdiq edilmiş Qərarlardan irəli gələn nəzarət, tənzimləmə və qiymətləndirmə səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə, Mediasiya Şurası tərəfindən 2024-cü ilin təqvim planına uyğun olaraq region mediasiya təşkilatlarında monitorinqlər həyata keçirir.

5 sentyabr 2019-cu il “Mediatorların peşəkar etik davranış Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI (https://e-qanun.az/framework/43221) mediasiya təşkilatları və mediatorlar tərəfindən icrasının monitorinq edilməsi və ortaya çıxan nöqsanlarının aradan qaldırlmasına nail olmaq, əldə edilmiş uğurların isə qiymətləndirilməsi məqsədi ilə Mediasiya Şurasının İdarə Heyətinin 26 fevral 2024-cü il tarixli qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinə həvalə edilib.  

Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitəninn üzvü Tural Məmmədov tərəfindən Sabirabad rayonuna səfər zamanı Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbərliyi və mediatorlarla birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş və Ulu öndər ehtiramla anılmışdır. 

Təqvim planına əsasən Sabirabad 1 saylı mediasiya təşkilatında monitorinqlər aparılmış, monitorinqlərdə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov və Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov və Sabirabad 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlar iştirak etmişdir. 

Müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, Barışıq sazişlərinin keyfiyyətli məzmunu, vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar və o cümlədən qarşıda duran işlər geniş müzakirə edilib. 

Monitorinqlər bütün mediasiya təşkilatlarını əhatə edəcək.