Gənc müəllimlərin yay düşərgəsi keçirilib

Gənc müəllimlərin yay düşərgəsi keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin (Bursa Azerbaycan İnovasyon ve Dayanışma Derneği) birgə təşkilatçılığı,Bursa Şəhər Milli Təhsil İdarəsi (Bursa İl Milli Eğitim Müdürlüğü), Bursa Böyükşəhər Bələdiyyəsi (Bursa Büyükşehir Belediyesi) və Birlik Vəqfi (Birlik Vakfı Bursa Şubesi) Bursa şöbəsinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Azərbaycan-Türkiyə Müəllimlərinin Yay Düşərgəsi”ndə mədəniyyət gecəsi keçirilib.

Gecənin ən əziz qonaqlarından olan Qazilərin iştirakı mədəniyyət gecəmizi daha da möhtəşəm etdi.

Mədəniyyət Gecəsində Azərbaycan və Türkiyənin mədəniyyətinə aid rəqslər, musiqilər ifa olunub.

Azərbaycanın Milli yemək və şirniyyatları, Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən hədiyyələr qonaqlara təqdim edilmişdir.