Bu ölkə ABŞ-dən 15 milyard dollarlıq silahlar almaq istəyir - SİYAHI

Bu ölkə ABŞ-dən 15 milyard dollarlıq silahlar almaq istəyir

Tayvan ABŞ-dən böyük həcmdə hərbi texnika almağı planlaşdırır.

Bu barədə "Financial Times" nəşri yazıb.

Nəşrin yazdığına əsasən, bu müqavilənin ümumi dəyəri ən azı 15 milyard dollar olacaq.

Tayvanın ABŞ-dən alacağı texnika siyahısına aşağıdakılar daxildir:

60 ədəd beşinci nəsil F-35A Lightning II qırıcı təyyarəsi,
4 ədəd uzaq məsafəli radiolokasiya aşkarlanması və hədəf təyin etmə təyyarəsi E-2D Hawkeye,
10 ədəd istismardan çıxarılmış Aegis sinfi hava hücumundan müdafiə gəmisi,
Patriot hava hücumundan müdafiə sistemi üçün 400 raket.

Bu alqı-satqı Tayvanın hərbi müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və ABŞ-Tayvan müdafiə əməkdaşlığını gücləndirəcək.