Dünyada iri banklar 200 min işçisini ixtisar edə bilər - SƏBƏB

Dünyada iri banklar 200 min işçisini ixtisar edə bilər

Gələcək 3-5 il ərzində süni intellektin inkişafı səbəbindən iri banklar təxminən 200 min işçini ixtisar edə bilər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, süni intellekt insanların yerinə yetirdiyi bir çox tapşırığı icra edə biləcəyi üçün bu addım atıla bilər. Citigroup, JPMorgan və Goldman Sachs-ın İT bölmələrinin əməkdaşları arasında keçirilmiş sorğuya əsasən, ixtisarlar daha çox arxa ofis, orta ofis, əməliyyat bölmələri və dəstək xidmətinin moderatorlarına təsir edəcək.

Bəzi analitiklər bildirirlər ki, süni intellekt bir çox iş proseslərinin avtomatlaşdırılmasına səbəb olacaq, lakin peşələrin tamamilə yox olmasına gətirib çıxarmayacaq.