Haker "GTA VI"nın "Xbox" versiyasına aid fayllarını sızdırdı

Haker "GTA VI"nın "Xbox" versiyasına aid fayllarını sızdırdı

"Grand Theft Auto VI" (GTA VI) oyununa aid videoların sızdırılması ilə tanınan "Cyberleek" ləqəbli haker oyunun "Xbox Series X/S" versiyasına məxsus ".exe" faylını açıq yayımlayıb.

BusinessTime XDA-ya istinadən xəbər verir ki, bununla da həvəskarlar layihəni emulyatora uyğunlaşdırmaq və ya fərdi kompüterlər (PC) üçün yenidən kompilyasiya etmək imkanı əldə ediblər.

Fayl yayımlandıqdan sonra "Cyberleek" həvəskar proqramçıların artıq bir həftə ərzində "Windows" üçün "Xbox Series X/S" emulyatoru yarada biləcəklərini açıqlayıb. Bununla belə, həmin konsollar üçün işlək emulyatorun hələ də mövcud olmadığı bildirilir.

Faylın internetdə yayılmasından qısa müddət sonra oyun həvəskarları məşhur platformalarda canlı yayımlara başlayaraq "GTA VI"nın PC üçün yenidən kompilyasiyası prosesini nümayiş etdiriblər.

Oxu.Az