ADY-nin Müşahidə Şurasına yeni üzv təyin olundu
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.
Bu vəzifəyə Fərid Baxşıyev gətirilib.
Qeyd edək ki, F.Baxşıyev hazırda Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.
O, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də İnvestisiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
F.Baxşıyev əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayıb. Sonrakı illərdə Azərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, KPMG Azərbaycan və digər özəl konsaltinq şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Olke.az


