SOCAR Ukraynada A-95 markalı benzinin qiymətini litr üçün 4 qrivna azaldıb
SOCAR Ukraynada A-95 və A-95+ benzininin qiymətini litr üçün 4 qrivna endirib. Şəbəkədə dizel yanacağı və avtomobil qazının qiyməti dəyişməyib.
SOCAR Ukraynada 18 noyabr tarixinə A-95 və A-95+ markalı benzinin qiymətini litr üçün 4 qrivna azaldıb. Bu barədə BusinessTime "Ua.news"ə istinadən xəbər verir.
Endirimdən sonra SOCAR-ın yanacaqdoldurma məntəqələrində A-95 benzininin bir litri 91,90 qrivna, A-95+ benzininin bir litri isə 94,90 qrivna təşkil edib. Şəbəkədə adi dizel yanacağının qiyməti 106 qrivna, premium DP+ dizelin qiyməti 109 qrivna, avtomobil qazının qiyməti isə 63,90 qrivna səviyyəsində qalıb.
"WOG" şəbəkəsində adi və premium dizel yanacağının qiyməti əvvəlki günlə müqayisədə litr üçün 1 qrivna düşüb. Bununla da adi dizelin bir litri 103,90 qrivna, DP+ dizelin bir litri isə 106,90 qrivna olub. Benzin və avtomobil qazının qiymətləri dəyişməyib.
"BRSM-Nafta"da A-95 benzini litr üçün 5 kopiyka bahalaşaraq 85,99 qrivnaya yüksəlib. Dizel yanacağı isə 1,01 qrivna ucuzlaşaraq 98,55 qrivna olub. Avtomobil qazının qiyməti 59,50 qrivna səviyyəsində qalıb.
"UPG", "Okko", "Ukrnafta" və "KLO" şəbəkələrində yanacaq qiymətləri dəyişməyib. Mənbənin məlumatına görə, A-95 benzininin ən yüksək qiyməti SOCAR-da qeydə alınıb. Adi və premium dizel yanacağı da ən yüksək qiymətə bu şəbəkədə satılıb. Avtomobil qazının ən yüksək qiyməti "Okko"da, ən aşağı qiyməti isə "BRSM-Nafta"da olub.


