Hakerlər məşhur idmançının Lamborghini avtomobilini belə oğurladılar

Hakerlər məşhur idmançının Lamborghini avtomobilini belə oğurladılar

Amerikalı beysbolçu Kris Brayantın "Lamborghini Huracan" avtomobili hakerlər tərəfindən onun korporativ elektron poçtuna daxil olaraq oğurlanıb.

ABŞ-də hakerlər "Colorado Rockies" komandasında oynayan məşhur beysbolçu Kris Brayantın "Lamborghini Huracan" avtomobilini oğurlayıblar.

Avtomobil Las-Veqasa (Nevada ştatı) daşınmaq üçün nəqliyyat şirkətinə təhvil verilib lakin təyinat yerinə çatmayıb.

Polis araşdırması nəticəsində məlum olub ki, logistika şirkətinin korporativ elektron poçtu hakerlər tərəfindən ələ keçirilib. Hakerlər avtomobili başqa bir ünvana yönləndirərək oğurlayıblar.

Polis nəhayət avtomobili müşahidə kameralarının köməyi ilə tapıb. Avtomobil oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb və araşdırma nəticəsində daha iki oğurlanmış avtomobil və saxta qeydiyyat sənədləri aşkar edilib.