“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik edilir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik edilir

Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Sənəd layihəsi parlamentin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45.5-ci maddəsinə “Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir” cümləsinin əlavə edilməsi təklif olunur.