Hərfimiz kimliyimizdir - Dilimiz varlığımız!
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün xalqımızı təbrik edirik!
Dil bir millətin yaddaşı, əlifba isə onun tarixini, mədəniyyətini və mənəvi dəyərlərini gələcək nəsillərə daşıyan ən qiymətli körpüdür. Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, zəngin ədəbi irsini və mənəvi sərvətlərini qoruyub yaşadıb.
Bu gün hər birimizin borcu ana dilimizi sevə-sevə öyrənmək, onu saf saxlamaq, düzgün istifadə etmək və gələcək nəsillərə olduğu kimi ötürməkdir. Azərbaycan əlifbası və dili milli birliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin ən möhkəm sütunlarından biridir.
Qoy ana dilimiz daim uca tutulsun, sözümüzün gücü, hərflərimizin işığı heç vaxt sönməsin!
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününüz mübarək!
Aslan ABBASZADƏ
FaktorNews xəbər portalının təsisçisi və Baş Redaktoru


