Ram 2500 pikapının yükdaşıma qabiliyyəti artırılıb
ABŞ-ın Ram markası 2027 model ili üçün yenilənmiş Ram 2500 Heavy Duty pikapını təqdim edib.
Şirkətin məlumatına görə, modelin əsas yeniliyi yükdaşıma qabiliyyətinin artırılması olub. Bundan əlavə, avtomobilə bir sıra texniki və funksional təkmilləşdirmələr də edilib.
Ram 2500 Heavy Duty-nin beşinci nəsli 2019-cu ildə təqdim olunub, model isə 2025-ci ildə planlı restaylinq keçirib.
2027 model ili üzrə yenilənmiş pikapların ABŞ-da satışına gələn ay başlanılması nəzərdə tutulur.


