Xaricdən gətirilən avtomobillərin sayı məlum oldu

Xaricdən gətirilən avtomobillərin sayı məlum oldu

Son bir ayda xaricdən Azərbaycana avtomobil idxalı artıb.

BusinessTime Dövlət Gömrük Komitəsinin Statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin iyul ayında ölkədə ümumilikdə 51 min 179 ədəd nəqliyyat vasitəsi gətirilib. Onların ümumi dəyəri 943 milyon 791.71 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin iyun ayında nəqliyyat vasitələrinin idxalı 42 min 335 ədəd olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə nəqliyyat vasitələrinin idxalında azalma müşahidə edilir. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında ölkəyə ümumi dəyəri 900 milyon 590.16 min dollar olan 56 min 766 ədəd avtomobil gətirilib.