Yaponiyada yenilənmiş "Nissan X-Trail" satışa çıxarılıb
"Nissan" şirkəti Yaponiyanın daxili bazarı üçün dördüncü nəsil "X-Trail" krossoverinin növbəti yenilənmiş versiyasını təqdim edib və modelin satışlarına start verib. Şirkət avtomobilin bütün komplektasiyaları üzrə qiymətlərini artıq açıqlayıb.
Qeyd edək ki, "X-Trail"in hazırkı nəsli ilk dəfə 2021-ci ilin yazında debüt edib, Yaponiya versiyası isə 2022-ci ilin yayında satışa çıxarılmışdı. Şimali Amerikada "Rogue" adı ilə tanınan krossover 2023-cü ildə yenilənsə də, Yaponiya bazarı üçün "X-Trail" 2025-ci ilin sonlarında təkmilləşdirilmişdi.
Son restaylinq çərçivəsində model bir sıra kiçik kosmetik və texnoloji yeniliklər alıb, həmçinin qiymət cədvəlinə yenidən baxılıb.


