Jandildə Jakupov: "ASAN, DOST və KOB EVİ konsepsiyası beynəlxalq icmada ciddi etimad qazanıb"

Jandildə Jakupov: "ASAN, DOST və KOB EVİ konsepsiyası beynəlxalq icmada ciddi etimad qazanıb"

Bu barədə Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktory, Orta Asiya Mediatorlar Konsorsiumunun sədri, Türk Dünyası Mediatorlar Birliyinin vitse - prezidenti Jandildə Jakupov deyib. O qeyd edib ki, Azərbaycana səfər zamanı ASAN Xidmət, DOST və KOB evinin fəaliyyəti ilə yaxından tanış olub.

Hər üç konsepsiya ideyası və təşəbbüsünə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və vitse - prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. J. Jakupov həmçinin əlavə edib: "Hər üç konsepsiya beynəlxalq aləmdə Azərbaycanın milli brendi kimi tanınması və Azərbaycan Respublikası Mediasiya Şurasının hər 3 qurumla səmərəli əməkdaşlığı bizi qürurlandırır.

Şəffaflıq və vətəndaş məmnunluğu sahəsində sözügedən qurumların mühüm rolu var. Hər 3 qurumla görüş zamanı Azərbaycanın mütərəqqi təcrübələrinin digər ölkələr üçün də nümunə olduğunu görməyimiz bizi çox sevindirdi."