Jurnalist Səbuhi Vaqifoğlu təltif edilib

Jurnalist Səbuhi Vaqifoğlu təltif edilib

Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə Füzuli Dövlət Dram Teatrının menecer–mətbuat katibi, jurnalist Səbuhi Vaqifoğlu teatr sənətinin təbliği və media sahəsindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının “İttifaqın Dostu” diplomu ilə təltif edilib.

Qeyd edək ki, bu təltif teatr sənətinin ictimaiyyət arasında tanıdılması, mədəniyyət sahəsində həyata keçirilən layihələrin və teatr həyatının media vasitəsilə işıqlandırılmasına verilən töhfənin qiymətləndirilməsi məqsədi daşıyır.