Marsol Group Naxçıvanda fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

Marsol Group Naxçıvanda fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

Naxçıvan səfərinin ilk günü Marsol Group və Naxçıvanda fəaliyyət göstərən sahibkarlar ilə axşam ziyafəti təşkil olunub. 

Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında, həmçinin səfərlə bağlı sahibkarları məlumatlandırıb.

Həmçinin iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb. 

Sonda “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin video icmalı izlənilib.