Mərkəzi Bank “Mobile Payment Solutions”a məcburi göstərişlər verib
Yerində yoxlama zamanı qanunvericilik və normativ aktların tələblərinin pozulduğu aşkarlanıb. Şirkət “Portmanat” brendi altında fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-də apardığı yerində yoxlamada qanunvericilik və normativ aktların tələblərinin pozulduğunu müəyyən edərək şirkətə icrası məcburi göstərişlər verib. Bu barədə BusinessTime Mərkəzi Banka istinadən xəbər verir.
Göstərişlər yoxlama zamanı aşkarlanan çatışmazlıqların aradan qaldırılması məqsədilə verilib.
Təshih tədbirləri “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsaslanır.
“Mobile Payment Solutions” “Portmanat” brendi altında fəaliyyət göstərir. Şirkət 2024-cü ilin iyulunda elektron pul təşkilatı lisenziyası alıb.


