SOCAR-ın neft hasilatı üçüncü rübdə 1,7 milyon tonu ötüb

SOCAR 2026-cı ilin üçüncü rübündə 1 717 082 ton neft hasil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azdır.

SOCAR-ın neft hasilatı üçüncü rübdə 1,7 milyon tonu ötüb
Foto: SOCAR

SOCAR 2026-cı ilin iyul-sentyabr aylarında müstəqil işlədiyi və ya əksər paya sahib olduğu yataqlardan 1 717 082 ton neft hasil edib. Bu barədə BusinessTime SOCAR-a istinadən xəbər verir.

Şirkətin qazma, hasilat, emal və ixrac göstəricilərinə əsasən, bu həcm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 93 050 ton və ya 5,1 faiz azdır. Ötən ilin üçüncü rübündə həmin yataqlardan 1 810 132 ton neft hasil olunmuşdu.

Azərbaycan üzrə xam neft hasilatı isə 2026-cı ilin üçüncü rübündə 6 590 477 ton təşkil edib. Bu, bir il əvvəlki 6 979 521 tonluq göstəricidən 389 044 ton və ya 5,6 faiz azdır.