“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
27 noyabr 2026-cı il tarixində “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə şirkətdən məlumat verilib.
Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 (“Sahil Plaza” biznes mərkəzi) ünvanında yerləşən inzibati binasında, saat 12:00-da baş tutacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin strateji baxış və missiya bəyanıtının razılaşdırılması, həmçinin strateji planın təqdimatı daxil edilib. Gündəlikdə nəzərdə tutulmuş məsələ ilə bağlı materiallar səhmdarların elektron poçt ünvanlarına göndəriləcək.
Yaranan əlavə suallarla əlaqədar olaraq [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.


